144 nömrəli avtobusda gedişhaqqı ARTIRILIB? - Rəsmi AÇIQLAMA

Xəbər verildiyi kimi, Bakının Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna fəaliyyət göstərən 144 nömrəli avtobusun hərəkət marşrutu Nardaran qəsəbəsinin Ləhic bağlarına qədər uzadılıb.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumatda bildirildi ki, şəhərətrafı və qəsəbələrarası avtobuslarda tariflər məsafəyə görə dəyişir.
Bəs 144 nömrəli avtobusun hərəkət məsafəsi uzadılıbsa, qiymətində necə dəyişiklik oldu?
Avtosfer.az-ın məlumatına görə, məsələylə bağlı AYNA-dan “Bizim.Media”ya verilən açıqlamada qeyd edilir ki, dəyişiklikdən əvvəl avtobuslar Mərdəkan qəsəbəsindən Buzovna qəsəbəsinin Zuğulba yoluna kimi fəaliyyət göstərdiyindən dövr uzunluğunun yarısı 11 km təşkil edirdi. Hərəkət marşrutunun uzadılmasından sonra dövr uzunluğunun yarısı 25 km təşkil edir.
Məsafənin 14 km artmasından sonra qiymət nə qədər dəyişdi?
“Ölkədə müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı 30 iyun tarixində qəbul edilən qərara əsasən, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında məsafəyə görə dövrün uzunluğunun yarısı 15 kilometrdən azdırsa, gediş haqqı 50 qəpik, 15 km-dən 30 km-dək gediş haqqı 60 qəpik təşkil edir. 144 nömrəli marşrut avtobusunda gediş haqqı 60 qəpik müəyyən edilib”- deyə agentlikdən bildirilib.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












