2030-cu ildə 2 ramazan ayı olacaq

2030-cu ildə müsəlmanlar 2 dəfə oruc tutmalı olacaqlar. Əslində burada heç bir fövqəltəbii hal yoxdur.
Avtosfer.az xəbər verir ki, qəməri təqvim miladi təqvimdən 10 gün qısadır. Bu səbəbdən hər il ramazan ayı 10-11 gün geriyə düşür. Ay təqvimində 1 il 354 və ya 355 gündür. Bu səbəbdən 2030-cu ildə ilk ramazan yanvarın 6-da başlayaraq fevralda bitəcək.
İkinci ramazan isə dekabrın son həftəsində başlayaraq 2031-ci il dekabrın 25-də başlayıb 2031-ci il yanvarın 23-də bitəcək.
Bu hadisədə heç bir mistika yoxdur, sadə astronomik fenomendir. Bu hal 33 ildə 1 dəfə baş verir. Daha əvvəl belə hal 1997 və 1965-ci illərdə olub. Növbəti dəfə isə 2030-cu və 2065-ci illərdə baş verəcək.
İndi də bir qədər ramazan ayının astronomik üsulla hesablanması barədə. 2020-ci ildə Fransada ramazan ayının başlanğıcı astronomik yolla hesablanmağa başladıqda jurnalistlər Paris məscidinin imamına belə bir sual vermişdilər: nə üçün indiyədək rəsədxana məlumatlarından istifadə etmirdiniz?
Baş imam (nəzərə alaq ki, imam elmlər doktorudur) belə cavab vermişdi: səfehliyin izahı yoxdur.
İmam bu yolla təfriqə salanlara, orucu 1 gün gec başlayanlara üstüörtülü cavab vermişdi. Vaxtilə Ayı görmək üçün Parisin az sayda olan hündür binalarının üstündə keşik çəkənlər çox idi ki, bu da rişxənd hədəfi olurdu.
Belə bir ikitirəliyə vaxilə fizika üzrə beynəlxalq konfransa dəvət edilən afrikalı ilahiyyatçılardan biri maraqlı cavab vermişdi. İlahiyyatçı bir qədər sərt şəkildə bildirmişdi ki, “sağdakı və soldakı saat qurşaqlarında yerləşənlər bayram edərkən kimsə Ayın doğmasını gözləyirsə, ya təfriqəçi, ya da kütbeyindir. Hər 2 vəziyyətin təmsilçilərinin heç bir səmavi dində yeri yoxdur”. Bu açıqlamanı konfrans iştirakçıları ayaq üstə alqışlamışdılar.
Ramazan ayının astronomik yolla təyininə gəlincə: bu gün istənilən astronom 10 il sonra ayın nə vaxt başlayıb bitəcəyini tam dəqiqliklə hesablaya bilər. O ki qaldı Ayın görünməsinə, bunu da aylarla əvvəldən hesablamaq mümkündür.
Vizual görünməyə gəlincə, infraqırmızı teleskoplar Ay üfüqdən qalxdıqdan 3 saniyə sonra onu görə bilir. Həm də istənilən hava şəraitində. Halbuki, yağışlı, buludlu və dumanlı havada Yerin yeganə təbii peykini bəzi ərazilərdə günlərlə görmək mümkün olmur. İnsan gözünün naqisliyi səma cisimlərinin hərəkət periodikliyinə heç bir halda təsir etmir.
Vüqar
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ











