2030-cu ildə Ramazanda 36 gün oruc tutulacaq

2030-cu il dini təqvimdə nadir bir hadisəyə şahid olacaq.
Avtosfer.az xəbər verir ki, Hicri və Qriqorian təqvimləri arasındakı fərq səbəbindən Ramazan ayı eyni ildə iki dəfə başlayacaq.
Beləliklə, müsəlmanlar 2030-cu ildə 36 gün oruc tutacaqlar – ilin əvvəlində 30 gün, ilin sonunda isə 6 gün.
Türkiyə Dəyanət İşləri İdarəsinin Dini İşlər üzrə Ali Şurasının hesablamalarına görə, Ramazan ilk dəfə 5 yanvarda başlayacaq və 30 gün davam edəcək. İlin sonunda isə Ramazan 26 dekabrda yenidən başlayacaq və ilk 6 gün 2030-cu ildə tutulacaq, qalan günlər isə 2031-ci ildə tamamlanacaq.
Bildirilib ki, Hicri təqvim Qriqorian təqvimə nisbətən hər il təxminən 10-11 gün tez gəlir və buna görə də Ramazan ayı zamanla ilin müxtəlif dövrlərinə keçə bilir.
Qeyd olunub ki, eyni Qriqorian ilində Ramazanın iki dəfə başlaması nadir olsa da, məlum bir hadisədir və təxminən hər 32-33 ildən bir baş verir. Keçmişdə bu vəziyyət 1900, 1932, 1964 və 1997-ci illərdə də müşahidə olunub. Hesablamalara görə, oxşar bir dövr 2062-2063-cü illərdə yenidən baş verə bilər.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












