27 milyard dollara yeni şəhər SALINIR

Misirin "Talaat Moustafa Group" şirkəti Qahirə yaxınlığında dəyəri 27 milyard dollar olan yeni şəhərin tikinti planını təqdim edib.
Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, "The Spine" (Onurğa) adlanan layihə 2 milyon kvadratmetrdən çox ərazini əhatə edəcək.
Layihə çərçivəsində 165 yaşayış, biznes və kommersiya təyinatlı göydələnin inşası nəzərdə tutulur. Şirkət rəhbəri Hişam Talaat Mustafanın sözlərinə görə, tikintinin dəqiq müddəti hələ müəyyən edilməsə də, layihənin 155 mindən çox iş yeri yaradacağı və hər il on milyonlarla ziyarətçini cəlb edəcəyi gözlənilir.
Bu təşəbbüs Misirdə Fars körfəzi ölkələrinin investisiyaları hesabına maliyyələşən irimiqyaslı layihələrin davamıdır. Bundan əvvəl sözügedən şirkət BƏƏ-nin 35 milyard dollar sərmayə qoyduğu "Ras-əl-Hekma" kurortunun inkişafında da iştirak edib.
Xatırladaq ki, Misir hökuməti hələ 2015-ci ildə Qahirənin yükünü azaltmaq məqsədilə yeni inzibati paytaxtın tikintisi planlarını açıqlamışdı. Proqnozlara görə, 2050-ci ilə qədər Qahirə əhalisinin sayı 18 milyondan 40 milyona çata bilər. Qahirədən 45 km şərqdə, Süveyş istiqamətində inşa edilən yeni şəhərin ölkənin inzibati və maliyyə mərkəzinə çevrilməsi, orada təxminən 7 milyon insanın məskunlaşması planlaşdırılır.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












