5 nəfəri hədələyib 2000 manatlarını alan şəxs yaxalanıb - FOTO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşları hədələyərək guya onlar barəsində rüsvayedici məlumatlar yayacağı ilə zərəçəkənləri qorxudub pul tələb edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, zərərçəkənlərdən Baş İdarəyə daxil olan çoxsaylı müraciətlər əsasında keçirilən əməliyyat nəticəsində hədə-qorxu və ilə tələb etməkdə və dələduzluq əməlində şübhəli Sabirabad rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Eyvaz Əmənov yaşadığı Şirvan şəhərində tutulub. Araşdırma zamanı onun ümumilikdə 5 vətəndaşı hədələyərək onlardan ümumilikdə 2000 manatdan artıq pul aldığı məlum olub. Saxlanılan şəxs ifadəsində törətdiyi qanunsuz hərəkətləri etiraf edib.
Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Zəng Mərkəzinə və ya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Qeyd edilən faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Eyvaz Əmənov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin ətrafında istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Namiq Musayev
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










