55 saylı avtobusun sürücüsü dəfələrlə qayda pozdu - Sərnişinlər NARAZIDIR - VİDEO

Paytaxtda fəaliyyət göstərən bəzi marşrut xətti üzrə işləyən avtobus sürücülərindən kütləvi şikayət mövcuddur.
Onlardan biri 55 saylı müntəzəm marşrut xətti üzrə işləyən avtobusların sürücüləridir.
Avtosfer.az-ın məlumatına görə, bu barədə görüntü sosial şəbəkədə paylaşılıb. Bakıxanov qəsəbəsində hərəkətdə olan 99-LF-649 dövlət nömrə nişanlı avtobusun sürücüsü qayda pozaraq sərnişinləri təhlükəyə atıb. Belə ki, o nəqliyyat vasitəsini dayanacaqdan kənar saxlayaraq sərnişinləri mindirib-düşürür. Eyni zamanda orta zolağı zəbt edən sürücü digər hərəkət iştirakçılarına əngəl törədir. Vətəndaşların iddiasına görə, qeyd olunan müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun bütün sürücüləri qayda pozurlar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsini sərnişinləri mindirmək və ya düşürtmək üçün bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənarda dayandırmağa görə yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, avtobus idarə edən sürücülər arasında qayda pozanlar kifayət qədərdir.
Nəqliyyat vasitəsini yüksək sürətlə idarə edən, dayanma-durma qaydalarını pozan, avtobusu dayancaqdan kənarda saxlayan sürücülər sərnişinlərin haqlı narazılığına səbəb olur. Lakin bəzi avtobus sürücüləri sərnişinlərin etirazına fikir vermədən “öz qaydaları” ilə hərəkət edir. Xüsusilə intervala görə sürücülər arasında tez-tez mübahisə yaranır. Lakin bu “davada” belə zərər görən sərnişinlər olur. Sürücülərin lüzumsuz mübahisələriylə yanaşı sürət yarışına girmələri təhlükəli hal yaradır. Digər tərəfdən vaxtına qənaət edən bəzi sürücülər avtobus zolağından öndə və ya arxada saxlamaqla sərnişinləri mindirir və ya düşürür. Bu isə onların həyatını riskə atır və avtomobillərin hərəkətinə maneə törədir.
Nərmin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












