ABŞ-Meksika sərhədində yeni səddin 400 kilometrlik hissəsi çəkilib

ABŞ və Meksika sərhədində inşa edilən yeni səddin uzunluğu təxminən 400 kilometrə çatır. İlin sonunadək daha 330 kilometr sədd çəkiləcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Twitter” səhifəsində yazıb.
“İndiyə qədər cənub sərhədindəki yeni səddin 240 mil (386 kilometr) uzunluğa malik hissəsi tikilib. İlin sonunadək 450 mildən (727 kilometr) çox hissə hazır olacaq”, - deyə ABŞ prezidenti bildirib.
Ötən ilin dekabr ayında Pentaqon 2020-ci ilin sonlarına qədər Arizona ştatında Meksika ilə sərhəd boyu səddin bir hissəsinin tikiləcəyini bildirib. İnşaat işlərinin həcmi 400 milyon dollar təşkil edir. ABŞ-Meksika sərhədinin uzunluğu 3014 kilometrdir.
Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə qanunsuz mühacirlərlə mübarizə güclənib. Onların ölkəyə daxil olmasının qarşısının alınması və Birləşmiş Ştatlara keçə bilənlərin deportasiyası üzrə işlər aktivləşib. Donald Tramp hələ 2016-cı ildə seçkiöncəsi kampaniyası zamanı öz tərəfdarlarına daha sərt miqrasiya siyasəti aparacağını və sərhəd nəzarətini gücləndirəcəyini vəd edib. Ağ ev rəhbərinin fikrincə, qanunsuz mühacirlər cinayətkardır. (Azərtac)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











