ABŞ və Ukrayna prezidentləri arasında qarşıdurma yaşanıb - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-li həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dava vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhindən sonra başlayıb.
Zelenski eyham edərək “Sizin də gözəl okeanınız var bəlkə indi hiss etmirsiniz. Allah qorusun, sizə müharibə olmasın” deyib.
Söhbətə müdaxilə edən Tramp Zelenskiyə bu cavabı verib:
“Sən bunu bilmirsən, bizə nə hiss etməli olduğumuzu demə”.
İki tərəf arasında artan mübahisədən sonra Tramp bildirib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil. Zelenski Rusiya lideri Vladimir Putinin sülh vədlərinə sadiq qalmadığını deyib. Tramp isə bildirib ki, Putin onunla razılaşmaları pozmayıb:
“Siz indi Vaşinqtona daha çox minnətdar olmalısınız. Hazırda Üçüncü Dünya Müharibəsi ilə qumar oynayırsınız”.
Vitse-prezident JD Vens və Tramp Zelenskini Oval kabinetdə yerli media qarşısında mübahisə etdiyinə görə qınayıb:
“Bir dəfə də olsa “sağ olun” demisiniz? Sizcə, Oval Ofisə gəlib ölkənizin məhvinin qarşısını almağa çalışan administrasiyaya hücum etmək hörmət əlamətidir?” Vens Zelenskidən soruşub.
“Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”- Tramp bildirib.
“Mən kart oynamıram” deyə Zelenski Trampa cavab verib.
Tramp isə ona ABŞ-yə hörmətsizlik etdiyini və onunla oynamağa haqqı olmadığını deyib.
Bundan sonra brifinq qısa müddət ərzində başa çatıb.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












