ADY: “Hava şəraiti ilə əlaqədar istehsalat sahələrində iş növbələrlə icra olunur”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) isti hava şəraiti ilə əlaqədar əməliyyatları dayandırmağın qeyri-mümkün olduğu səbəbindən istehsalat sahələrində iş növbələrlə icra olunur.
Bu barədə “Azərbaycan Dəmir Yolları”ndan məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Dəmir Yolları” isti hava şəraitində də əməliyyatların dayanıqlı olması məqsədilə əməkdaşlarının sağlamlığı və təhlükəsizliyini təmin edir:
“11:00-17:00 arasında günəş şüalarının birbaşa təsiri altında uzun müddət qalmağın riskli olduğunu nəzərə alaraq, işçilərə istirahət üçün imkan yaradılır, onlar içməli sularla davamlı təchiz edilirlər”.
Xatırladaq ki, ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək. Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarmadasında 35-40 dərəcə, bəzi yerlərdə isə 41-42 dərəcə olacağı gözlənilir.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












