ADY istismar müddətini başa vurmuş daha 110 soyuducu vaqonu emal müəssisələrinə təhvil verdi - FOTO - VİDEO
‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC istismar müddətini başa vurmuş və bərpası mümkün olmayan hərəkət tərkibinin utilizasiyasını davam etdirir. Bu ilin iyun-iyul aylarında Yeni Ələt stansiyasında mövcud olan daha 110 ədəd soyuducu vaqon demontaj edilərək təkrar emal üçün yerli müəssisələrə təhvil verilib.
Qeyd edək ki, soyuducu vaqonların demontajı zamanı vaqonun yararlı ehtiyat hissələri sökülərək anbara təhvil verilir və digər vaqonların texniki təchizatında təkrar istifadə edilir.
ADY hazırda Ələt Refrejator Deposunda mövcud olan 24 ədəd soyuducu vaqonun demontaj işlərinə başlayıb. İlin sonuna kimi isə mərhələli şəkildə H.Z. Tağıyev adına Çeşidləmə stansiyasında dayanmış vaqonların da utilizasiya prosesi həyata keçiriləcəkdir.
Qeyd edək ki, ADY tərəfindən 2015-ci ildən bu günə kimi, ümumilikdə 15.852 vaqon utilizasiya edilmişdir.
Xatırladaq ki, ADY utilizasiya ilə bağlı yerli şirkətlərə öncədən sorğu ünvanlayaraq metalın satışını müsabiqə formasında və şəffaf qaydada təşkil edir.
ADY növbəti onillikdə ölkənin sosial-iqtisadi prioritetləri çərçivəsində təmiz ətraf mühit və ‘’yaşıl artım’’ ölkəsi hədəfinə uyğun olaraq fəaliyyətində ətraf mühitin qorunması və hərəkət tərkibinin yenilənməsi istiqamətində yeni nəsil eco-qatarların alınması məqsədilə bir neçə layihələr üzərində işləyir.
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Bəzi avtomobil idarəçilərinin heç sürücülük vəsiqəsi də yoxdur - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO










