ADY sədri Çində Azərbaycanın Orta Dəhlizdəki rolundan danışıb - FOTO

Çin Xalq Respublikasında rəsmi səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” dövlət korporasiya şirkətinin sədri cənab Liu Jenfanq ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Çin dəmir yolları arasında əməkdaşlığın mövcud və gələcək inkişaf perspektivləri, hər iki tərəfi maraqlandıran aktual məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Rövşən Rüstəmov hər iki ölkənin ali rəhbərliyinin görüşləri zamanı Orta Dəhlizlə bağlı müzakirələri xatırladaraq Azərbaycan və Çin arasında müxtəlif sahələrdə olduğu kimi, dəmiryol nəqliyyatı sahəsində də əlaqələrin genişləndiyini vurğulayıb.
Görüş zamanı ADY nümayəndə heyəti Orta Dəhlizin inkişafı istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi layihələr, yeni reallıqlar və imkanlar barədə geniş təqdimatla çıxış edib. Təqdimatda ADY-nin cari ilin dörd ayı ərzində Orta Dəhlizlə yük daşımalarının həcminin 2023-cü illə müqayisədə 35 faiz artdığı, Çinin Sian limanından bu dəhlizlə ümumilikdə 60 blok qatarın yola salındığı, eləcə də BTQ dəmir yolu xətti ilə yük daşımaların bərpa edildiyi və onun yükburaxma qabiliyyətinin artıq illik 5 mln tona çatdırılması barədə məlumat verilib.
Tərəflər Orta Dəhlizin rəqabət və yükdaşıma qabiliyyətini artırmaq üçün Çin tərəfinin dəmir yolu ilə tranzit daşımaların və Azərbaycan ərazisindən keçən tranzit marşrutu üzrə daşımaların subsidiyalaşdırılması haqqında fikir mübadiləsi aparıb. ADY-nin Qərb-Şərq istiqamətində Türkiyə və Azərbaycandan Çinə qayıdan yük axınının formalaşdırılmasına kömək etməyə hazır olduğunu bildirilib.
Yekun olaraq Orta Dəhlizdə mövcud olan çətinliklər və onların aradan qaldırılması üzrə atılacaq birgə addımlar barədə ətraflı müzakirələr aparılıb.



Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












