Ağdərədə bir evi 54 minə təmir edən şirkət kimindir?

"AEF Group" şirkəti Ağdərə rayonunun Həsənriz kəndində 98 fərdi yaşayış evində cari təmir işləri aparacaq.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Xankəndi Şəhərində, Ağdərə və Xovalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı şirkətlə satınalma müqaviləsi imzalayıb. Müqavilə tender keçirilmədən birmənbə metodu ilə bağlanıb.
Müqavilənin maliyyə dəyəri 5 347 341,38 manatdır. Bu o deməkdir ki, bir evin təmiri orta hesabla 54 564 manata gələcək.
Nəzərə alsaq ki, fərdi evlərdə əsaslı deyil, cari təmir işləri aparılacaq, o zaman 54 564 manatın kifayət qədər böyük məbləğ olduğunu söyləmək olar.
Tikinti sahəsində çalışanlar deyir ki, bu məbləğə hətta sıfırdan 3 otaqlı ev tikmək mümkündür.
"AEF Group" şirkəti ötən il də Həsənriz kəndində 90 evdə cari təmiş işləri aparıb. Həmin vaxt şirkətin qiymət təklifi 2 393 850 manat olub.
"AEF Group" MMC 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Aslanov Süleyman İkram oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












