Ağstafada qonşuların davası qanla bitdi: Biri digərini öldürdü - YENİLƏNİB

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində baş verən qətlin təfərrüatları məlum olub.
Avtosfer.az xəbər verir ki, 28 yaşlı Tural Heydanov ilə 43 yaşlı Hürriyyət Şəmilov arasında şəxsi münasibətlər zəminində əlbəyağa dava olub.
Bu zaman T.Heydanov bıçağa əl ataraq H.Şəmilovu bıçaqlayıb.
O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Münaqişə zamanı T.Heydanov da başından xəsarət aldığı bildirilir.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Saxlanılan Tural Heydanov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
03:53
Ağstafa rayonunda qətl hadisəsi baş verib.
Avtsosfer.az "APA"-ya istindən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Kənd sakini, 1991 ci il təvəllüdlü Heydərov Tural Misir oğlu sözügedən kənddə küçədə səs-küy salıb. Bu zaman kənd sakini olan 1977-ci il təvəllüdlü Şəmilov Hürriyyət Qavrel oğlu ona iradını bildirib.
Nəticədə hər iki şəxs arasında mübahisə yaranıb. Bu zaman Tural Heydərov Hürriyyət Şəmilovun boğaz nahiyəsindən bıçaqla vuraraq onu qətlə yetirib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












