Ağsu aşırımında yenidən torpaq sürüşməsi olub

Ağsu dolaylarında torpaq sürüşməsi davam edir.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 saylı Magistral yolların istismarı MMC-nin bas mühəndisi Həsən Məmmədli APA-ya bildirilib ki, son zamanlar yağıntının miqdari cox olduğundan respublikanın bir sıra bölgələrində, eləcə də onların xidmət göstərdiyi M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 147-ci sağ gediş hissəsində sürüşmə baş verib.
Sürüşmə baş vermiş əraziyə dərhal agentliyin qüvvələri cəlb olunub.
Ərazidə nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin ərazi müvafiq yol nişanları ilə çəpərlənib, sürət həddi aşağı endirib. Bundan sonra təmir-bərpa işləri aparılaraq beton sədlər qoyulub və ərazidə hərəkət qismən bərpa edilib. Hazırda ərazidə geologiya işləri aparılır, sürüşmənin səbəbləri araşdırılır.
Qeyd olunub ki, ərazidə təhlükəli hal yoxdur, yaxın vaxtlarda qrunt nümunələri təyin olunduqdan sonra asfaltlama işləri aparılacaq.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












