Reklam

Ailəsini öldürən Əhməd mülaicədən sonra azadlığa çıxacaq? – HÜQUQŞÜNASDAN VACİB AÇIQLAMA

Gündəm 10 Oktyabr 2024 16:30 Oxunub 3108
Ailəsini öldürən Əhməd mülaicədən sonra azadlığa çıxacaq? – HÜQUQŞÜNASDAN VACİB AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu ilin əvvəlində ailə üzvlərini qətlə yetirən Əhməd Əhmədovun məhkəmə prosesində cəmiyyəti narazı salan qərar verilib.

Avtosfer.az xəbər verir ki, fevral ayının 13-ü bir ailənin 5 üzvünü qətlə yetirən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovn yenidən psixiatriya xəstəxansına yerləşdirilməsi ilə bağlı verilən qərar sosial şəbəkələrdə istifadəçilərin narazılığı ilə nəticələnib.

Belə ki, daha əvvəl fevral ayının 22-si və iyun ayının 12-sində məhkəmənin qərarı ilə Əhməd Əhmədov öz ailə üzvlərini amansızcasına qətlə yetirdiyinə görə Maştağadakı psixatriya xəstəxansına yerləşdirilmişdi. Bu gün məhkəmənin yenidən cinayəti artıq sübuta yetirilmiş şəxslə bağlı yenidən meyni qərarı verib. Bu isə, onsuz da, hadisə baş verən gün kifayət qədər qorxu yaşayan vətəndaşların sosial şəbəkələrdə məhkəmə orqanı ilə bağlı tənqidi rəylər bildirməsilə nəticələnib.

Vətəndaşların böyük bir qismi elə düşünür ki, Əhməd Əhmədov psixatriya xəstəxanasından sonra dərhal azadlığa buraxılacaq. Sosial şəbəkələrdə bildirilən rəylərdən anlamaq olur ki, vətəndaşlar 5 nəfəri öldürdükdən sonra psixatriya xəstəxanasında müalicəsini başa vuran şəxs əl-qolunu sallaya-sallaya əhalinin arasında cəzadan azad edilərək gəzə biləcək.

Mövzu ilə əlaqədar hüquqşünas Adəm Məmmədov saytımıza müsahibəsində bildirib ki, Cinayət Məcəlləsinin 21-ci maddəsində anlaqsızlıqla bağlı normalar nəzərdə tutulub və hansı halda cinayət törədən şəxs cinayət məsuliyyətindən azad edilə biləcəyi ilə bağlı qeyd edilib:

“Məcəllənin 21.1-ci maddəsinə əsasən, ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Bununla yanaşı məcəllənin 21.2-ci maddəsinə əsasən, Anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Prosessual Məcəlləsi də bu məsələni tənzimləyir. Yəni məcəllənin bu maddələrindən görünür ki, əgər anlaqsız vəziyyətdədirsə, onu istənilən ağır cəza islah edə bilməz. Çünki bu adamın psixi pozuntusu, əqli geriliyi var və bu adam özünü dərk etmir. Ona verilən cəzanın mahiyyətini başa düşmürsə, bu cəza şəxs üçün əhəmiyyət kəsb etmirsə, onu islah etmirsə şəxsə həmin cəza tətbiq edilə bilməz. Vətəndaşlar verilən qərarı elə başa düşür ki, məhkəmə şəxsin məsuliyyətdən azad olunması barədə qərar veribsə, cinayətkar evinə buraxılacaq. Qərara əsasən, Əhməd Əhmədov Maştağa qəsəbəsindəki psixi xəstanaxada, loru dildə desək, dəlixanada qalacaq və müalicəsi davam etdiriləcək. Şəxsin müalicəsi ya tam başa çatdıqdan, yəni hərəkətlərini, özünü tamamilə anlaqlı hiss etdikdən sonra, komissiya onunla bağlı rəy verəcək və o yenidən mühakimə ediləcək. Müalicə sonadək davam etməlidir. Əhməd Əhmədovun müalicəsi tam başa çatdıqdan sonra onun məhkəmə prosesi davam etdiriləcək.

Vəkil Adəm Məmmədov sonda onu vurğulayıb ki, bütün proseslərin sonunda Əhməd Əhmədovun ömürlük həbs ediləcəyi gözlənilir.

Səfər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh