Aleksandr Tolmaçevə niyə Rusiya hökuməti irad tutmur? - POLİTOLOQ

Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq həm də ona görə mümkün deyil ki, razılaşmanı pozan hər dəfə bu haqda daha çox danışan - ikinci tərəf olur.
Avtosfer.az xəbər verir ki, bu fikirləri öz sosial media hesabında Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 4 gün əvvəl Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə iki ölkənin informasiya siyasətindən şikayət etmişdi.
“Lavrov mövcud tendensiyanın qarşısının alınması üçün birbaşa media əlaqələrinin inkişafı vacibliyindən danışmışdı. Lavrov ikitərəfli münasibətlərin mediada daha obyektiv işıqlandırılması məqsədilə informasiya əməkdaşlığını genişləndirməyin əhəmiyyətini vurğulamışdı.
İndi Azərbaycan mediası Lavrov-Bayramov görüşündən cəmi 4 gün sonra Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçevun Azərbaycan əleyhinə açıqlamasını necə yayımlamasın? Axı həmin açıqlama Lavrovun sölyədiklərinin ziddinədir. Rusiya hakim partiyasının deputatı olan Aleksandr Tolmaçev Azərbaycanın Almaniya və bütövlükdə Avropa ilə münasibətlərini inkişaf etdirmək siyasətindən narazılığını ifadə edərək ölkəmizi hədələyən açıqlamalar verib. Azərbaycanı Ukrayna və Ermənistanın “səhvlərindən nəticə çıxarmağa” çağıran rusiyalı deputata hakim dairlərdə “Sənin sözlərin Azərbaycanla tərəfdaşlığa zərur vurur” deyən yoxdur. Görünür, Aleksandr Tolmaçev kimilərə ona görə xəbərdarlıq edilmir ki, elə Kremldə oturanlar da onun kimi düşünür, özlərinin söyləyə bilmədiklərini deputatları vasitəsilə səsləndirirlər. Belədirsə, Kremlin Azərbaycanla “strateji tərəfdaşlıq” barədə söylədiklərinin reallıqla əlaqəsi yoxdur. Azərbaycanın Almaniya, Avropa İttifaqı və ya ABŞ-la münasibətlərindən Sizə nə? “Ukraynanın səhvlərindən dərs çıxarmayan” Azərbaycana nə edəcəksiniz? Sizdən qorxan sizin kim olsun”.
Səfər
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR












