Alimdən kritik XƏBƏRDARLIQ: Güclü zəlzələ olacaq

Adətən seysmik aktivliklə bağlı proqnozlar yayan qalmaqallı tədqiqatçı Frenk Huqerbits yenidən bildirib ki, yaxın günlərdə...
Hollandiyalı alim oktyabrın 1-dən oktyabrın 3-dək olan dövrün kritik olacağını və güclü zəlzələnin baş verəcəyini bildirib. O, dəqiq harada olacağını deməyib.
“SSGEOS” hesabında yerləşdirdiyi videoda o, bu müddət ərzində maqnitudasının Rixter şkalası üzrə 7 bala çata biləcəyi seysmik aktivlik ehtimalı barədə xəbərdarlıq edərək, zirvənin oktyabrın 2-də baş verəcəyini qeyd edib.
Huqerbits qeyd edib ki, həftə ərzində 4 planetar birləşmə baş verir və Merkuri, Yer və Neptun arasında birləşmənin şahidi ola bilərik. Bu, təhlükəli seysmik fəaliyyətə səbəb ola bilər.

SSGEOS İnstitutunun zəlzələ tədqiqatçısı Huqerbitsin xüsusilə də son bir il ərzində zəlzələlər baş verməmişdən əvvəl bir neçə dəfə xəbərdarlıq etdikdən sonra bütün dünyada çaxnaşma yaradıb.
Məsələn, Türkiyədəki zəlzələdən üç gün əvvəl yazırdı: “Gec-tez bu bölgədə (Cənubi və Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) təxminən 7,5 bal gücündə zəlzələ baş verəcək”.
O, həmçinin Mərakeşdə Rixter şkalası üzrə 6,5 bal gücündə 5000-dən çox insanın ölümünə səbəb olan zəlzələ olacağını proqnozlaşdırıb.
Huqerbitsin proqnozları Yer qabığında artan gərginliyi proqnozlaşdıran riyazi modelə əsaslanır. O hesab edir ki, model zəlzələlərə meylli əraziləri müəyyən etmək və onların nə vaxt baş verəcəyini proqnozlaşdırmaq üçün istifadə edilə bilər.
Şöhrətinə baxmayaraq, Huqerbitsin proqnozları bütün elm adamları tərəfindən dəstəklənmir. Bəziləri onun riyazi modelinin etibarsız və proqnozlarının qeyri-dəqiq olduğuna inanır.
Bəzi geoloqlar təkid edirlər ki, zəlzələlərin baş verməsini proqnozlaşdırmaq qeyri-mümkündür, lakin holland alim öz tənqidçilərinə cavab verməyə və planetlərin hərəkəti və mövqeyinin yer üzündə seysmik aktivliyin səbəbi olduğu nəzəriyyəsinin doğruluğunu təsdiqləməyə çalışır. (lent.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












