Banner

Kürdəmirdə QƏZA: Dörd nəfər yaralandı

Qəzalar 23 Noyabr 2026 14:48
Kürdəmirdə QƏZA: Dörd nəfər yaralandı
WhatsApp kanalımıza abunə olun

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi VAZ-2107 markalı avtomobil idarəetməni itirərək, yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 82
ŞƏRH YAZ
Ad

E-mail

Şərh