AVP-də növbəti qalmaqal yaşanıb, Elçin Ağamalının partiyadan çıxarıldığı açıqlanıb

Fəzail Ağamalının sədr postunda qaldığını iddia etdiyi “Ana Vətən” Partiyasının (AVP) İdarə Heyətinin iclası keçirilib.
Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə, iclasda oktyabrın 25-də keçirilən qalmaqallı növbdənkənar qurultayda sədr seçildiyini iddia edən Elçin Ağamalının AVP-dən çıxarılması barədə qərar qəbul olunub.
Qeyd edilib ki, iclasda ilk olaraq AVP-nin növbədənkənar IX Qurultayında prosedur qaydalarını kobud pozmaqla partiya üzvünün müvafiq vəzifələrini müəyyən edən “Siyasi partiyalar haqqında” qanunun və partiya Nizamnaməsinin tələblərini pozmuş Elçin Ağamalının Partiyadan xaric edilməsi məsələsinə baxılıb. Partiya Nizamnaməsinin Partiyadan xaric olunmaq üçün əsaslardan biri olan 5.8.1-ci bəndi (Nizamnamənin müddəalarını kobud pozan və Partiyanın nüfuzuna mühüm zərər vurmuş hərəkət və ya hərəkətsizlik etmək) rəhbər tutularaq İdarə Heyətinin qərarı ilə Elçin Ağamalı AVP-dən xaric edilib. Bununla yanaşı, partiyanın 12 rayon təşkilatının sədrlərinin partiya üzvü olmayan 25 şəxsi qurultayın rəsmi nümayəndəsi kimi təqdim etməsi faktı da araşdırılıb. 12 rayon təşkilatının sədrlərinin partiyadan xaric edilməsi, həmin təşkilatların fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edib. Növbədənkənar IX Qurultayın Təşkilat Komissiyasının sədri Ülvi Bayramova töhmət verilib.
Eyni zamanda qeyd olunub ki, AVP Ali Məclisinin sədri Rəşadət Yaqublunun partiya üzvlüyündən çıxmaq ilə bağlı partiyanın Binəqədi rayon təşkilatına ünvanladığı ərizə nəzərə alınaraq, partiyadakı üzvlüyünə xitam verilib.
Qeyd edilib ki, İdarə Heyətinin növbəti iclasında Partiyanın növbəti Qurultayının keçirilməsi ilə bağlı müvafiq qərar qəbul olunacaq.
Elçin Ağamalı isə APA-ya açıqlamasında bildirib ki, Ədliyyə Nazirliyi növbədənkənar qurultay, Fəzail Ağamalının sədr postundan istefası, yeni sədrin seçilməsi ilə bağlı məsələyə hüquqi qiymət verənə qədər qarşı tərəfin addımı ilə bağlı məsələyə münasibət bildirmək istəmir: “Ədliyyə Nazirliyinin növbədənkənar qurultay, Fəzail Ağamalının sədr postundan istefası, yeni sədrin seçilməsi ilə bağlı məsələyə hüquqi qiymətindən asılı olaraq partiyadakı həmkarlarımla hansı addımı atacağımız barədə qərar verəcəyik”.
Xatırladaq ki, oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.
Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib.
Elçin Ağamalı növbədənkənar qurultayında partiyanın yeni sədri seçildiyini iddia edib. O qeyd edib ki, qurultay nümayəndələrinin ona münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışıb, buna baxmayaraq, 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçilib.
Günay Ağamalı isə deyib ki, partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə salıb.
Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədənkənar qurultayı ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?












