Avtobus sürücüləri sərnişinləri belə təhlükəyə atır - VİDEO

Avtobusların dayanacaqdan kənar saxlaması paytaxt Bakının ciddi problemlərindən biridir. Bəzi hallarda isə sürücülər dayanacağa girmir və ikinci cərgədə dayanaraq sərnişinləri düşürür.
Təbii ki, bəzən avtobus sürücüləri buna məcbur olurlar. Çünki dayanacaqları zəbt edən digər avtomobillər buna imkan vermir.
Lakin Yasamal rayonu, Parlament prospektində 7-ci sinif şagirdini avtomobilin vurması məhz avtobusun ikinci zolaqda dayanaraq sərnişinləri düşürməsi idi.
Maraqlıdır ki, qeyd olunan ərazidə avtobuslar nədənsə dayanacağa daxil olmaq istəmir. Ehtimal olunur ki, tələsən sürücülər bunu əlavə vaxt itkisi hesab edirlər ki, nəticədə insanlar həyatlarını itirir.
Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən “BakuBus” MMC-nin rəsmisi Rüstəm Cəfərov bildirib ki, avtobusların dayanacaqdan kənarda saxlaması ilə bağlı müntəzəm tədbirlər görülür.
Sinx.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən dayanacaqdan kənarda avtobus saxlayan sürücülər barəsində 100 manat məbləğində cərimə tətbiq olunur. Bundan əlavə sərnişinlərə təhlükə yaradan sürücülər məsuliyyətə cəlb edilə bilər.
Nurlan Sakitoğlu
Nərmin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












