Reklam

“Avtobus zolaqları ictimai nəqliyyatdan istifadəni artırıb” - “Xaliq Faiqoğlu” - VİDEO

Gündəm 10 Oktyabr 2024 09:47 Oxunub 284
“Avtobus zolaqları ictimai nəqliyyatdan istifadəni artırıb”  - “Xaliq Faiqoğlu”  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi tədbirlər nəticəsində Bakı şəhərinin müxtəlif küçə və prospektlərində çəkilən avtobus zolaqları ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaqla hər gün yüzminlərlə insanın vaxtında mənzilbaşına çatmasına birbaşa kömək edir”​.

Bu barədə  Bakıda ən böyük özəl daşıyıcı olan “Xaliq Faiqoğlu” şirkətindən bildirilib. Qeyd edilib ki, yeni zolaqların təşkil edilməsi ilə ictimai nəqliyyatdan istifadə edənlərin sayı günbəgün artır.

Şirkətin apardığı təhlillər göstərir ki, son aylarda avtobuslardan istifadə edən sərnişinlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faizədək artım var: “Xaliq Faiqoğlu” şirkəti hazırda ümumilikdə 30 müntəzəm marşrut xətti üzrə xidmət göstərir və hər bir marşrut xətti bu zolaqlardan müəyyən qədər faydalanır. Nümunə olaraq bildirə bilərik ki, bir neçə marşut xəttinin trayektoriyasında yer alan Tbilisi prospekti, Moskva prospekti, Cəfər Cabbarlı küçəsi, Zivərbəy Əhmədbəyov küçəsi, Füzuli küçəsi və digər küçələrdə çəkilmiş zolaqlar avtobuslararası intervalın qorunması və müntəzəmliyin təmin edilməsi baxımından böyük əhəmiyyətə malikdir. AYNA tərəfindən hazırda bir sıra yollarda da zolaqların istifadəyə verilməsi ilə bağlı təhlillər aparılır ki, bu da həyata keçirilən layihələrin məqsədyönlülüyünü göstərir”.

Şirkətdən bildirilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində yeni çəkilmiş zolaq da şirkətin istismarında olan marşrutların işinə böyük dəstək verməkdədir: “Aparılan təhlillər göstərir ki, avtobus zolaqlarının sayəsində bir sıra marşrut xətlərində avtobusların xətt üzrə dövriyyə vaxtı 15-20 dəqiqəyədək azalıb. Bu da sərnişinlərin mənzilbaşına daha operativ çatdırılması, eləcə də ekoloji vəziyyətin qorunması baxımından çox müsbət haldır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində avtobus zolaqlarının daha da şaxələndirilməsi davam edir və bu ictimai nəqliyyatın prioritetliyini bir daha ortaya qoymuş olur. Xüsusilə qeyd etmək istəyirik ki, ötən il Bakı-Sumqayıt yoluna avtobus zolağının çəkilməsi bu işlərin başlanmasında böyük rol oynadı və hər gün onminlərlə insanın tıxacda qalmadan hərəkətini təmin edir. Bu yoldan istifadə edən xətlərin dövriyyə saatının nisbətən azalması ilə sərnişinlərin səfər müddətinin qısalması müşahidə edilməkdədir”.

Həmçinin əlavə edilib ki, avtobus zolaqlarının işləkliyinin təmin edilməsi sayəsində bir sıra marşrut xətlərinin gündəlik dövriyyə sayı da artıb. Bu da daha çox sərnişinin daşınmasına şərait yaradır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh