Avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq - BU TARİXDƏN

Bu ilin sonunadək Azərbaycanda avtomobil və dəmir yolundan istifadə edən sərnişinlər də sığortalanacaq. Bu barədə İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev məlumat verib. O bildirib ki, İSB sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlayıb.
Onun sözlərinə görə, layihələr Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə ərsəyə gətirilib, həm avtomobil, həm də dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərin sığortalanmasını nəzərdə tutur:
"Düşünürük ki, bu ilin sonuna qədər müəyyən mexanizmlər tətbiq olunacaq".
Bəs, sığorta haqqını kim ödəyəcək?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı “Bizim.Media”ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, hazırda layihəsinin müzakirəsi gedir:
“Detallı şəkildə heç nə məlum deyil. Yəqin ki, yaxın 2-3 ayda konkret qərarlar olacaq. Yalnız bundan sonra prosesin necə həyata keçiriləcəyi barədə danışmaq olaq”.
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?












