Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə yazılıb - VİDEO

Avtomobili və sürücülük vəsiqəsi olmayan Ağdaş sakininin yaşadığı ünvana radara düşməsi ilə bağlı cərimə protokolu gəlib. Ağdaş rayonu, Qolqəti kənd sakini 17 yaşlı Orxan Həsənov deyir ki, hazırda adında radara düşməsi ilə bağlı iki cərimə protokolu var.
Orxan Həsənov qeyd edir ki, ona cərimə heç sürə bilmədiyi yük maşınına görə yazılıb.
Ekspertlərin sözlərinə görə, belə hallar texniki səbəblərdən baş verir və bunun əsas səbəbi də məlumatların sistemə yanlış daxil edilməsidir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarədən bildirildi ki, həmin nəqliyyat vasitəsi etibarnamə əsasında sürülməyə verildiyi zaman texniki xəta yaranıb. Bununla bağlı baş idarəyə müraciət etdikdən sonra məsələyə baxılacaq.
Ekspertlər bu kimi hallarla rastlaşan vətəndaşlara vaxtında uyğun idarələrə müraciət etməyi, adlarından cəriməni sildirməyi məsləhət görürlər.
Daha ətraflı videomaterialda.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












