Avtomobilini qanunsuz park edənlərin NƏZƏRİNƏ... - VİDEO

Yaxınlıqda yeraltı və ya yerüstü dayanacaqlar olmasına baxmayaraq, bəzi sürücülər avtomobillərini yolun hərəkət hissəsində, eləcə də dayanma və durmanı qadağan edən nişanın təsir zonasında park edirlər. Yollarda sıxlığın yaranmasına səbəb olan növbəti amillərin araşdırılması zamanı məlum olub ki, bir çox sürücülər nəqliyyat vasitələrini dayanacaqlarda park etmək əvəzinə, nədənsə yolun hərəkət hissəsində, xüsusilə də dayanma və durmanın qadağan edildiyi yerlərdə saxlamağa üstünlük verirlər.
Məsələn, Nəsimi rayonu ərazisində, “Qış parkı”nın altında Bakının ən böyük yeraltı dayanacaqlarından biri olmasına baxmayaraq, bəzi sürücülər Füzuli küçəsində, yolun hərəkət hissəsində avtomobillərini park edirlər. Nizami rayonu, Qara Qarayev prospekti, “8-ci kilometr” bazarının yaxınlığında çoxmərtəbəli dayanacaq olmasına baxmayaraq, sürücülərin bir çoxu nəqliyyat vasitələrini dayanacaqda deyil, yolun hərəkət hissəsində saxlayırlar. Metronun “28 may” və “Koroğlu” stansiyalarının yaxınlığında, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində yerləşən ticarət mərkəzinin qarşısında və bu kimi digər yerlərdə dayanacaqlar mövcuddur, lakin sürücülər yol hərəkəti qaydalarına əməl etmirlər.
Göründüyü kimi, bəzi sürücülərin məsuliyyətsizliyi, nəqliyyat vasitələrini parklanma üçün müəyyən edilmiş yerlərdə saxlamaması səbəbindən paytaxtın bir sıra ərazilərində sıxlıq yaranır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən göstərilənləri nəzərə almağı, yeraltı və yerüstü dayanacaqlardan istifadə etməyi xahiş edir.
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI










