Avtoxuliqanlığı təbliğ edən bloger görün “nə oyun çıxardı” - VİDEO

Son vaxtlar sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edən şəxslərin sayında artım müşahidə olunur. Xüsusilə gənc nəslin nümayəndələrini bu yola istiqamətləndirən şəxslər bloger adıyla ictimaiyyətə mənfi təsir göstərirlər.
Elə videoda özünü avtomobil sahəsi üzrə bloger kimi təqdim edən şəxs də avtoxuliqanlığı təbliğ edərək şoularıyla gündəmə düşənlərdəndir.
Avtosfer.az xəbər verir ki, “BMW”ni digər markayla müqayisə edərək onun üstün olduğunu vurğulayan “bloger” 90-KK-016 dövlət nömrə nişanlı, eyni adlı avtomobilə əyləşərək dediyini “sübut etməyə” çalışır. Belə ki, lüzumsuz manevrlər edən “sosial media fenomeni” avtomobilin təkərlərini asfalt örtüyə sürtərək səs çıxarır. Həmçinin ərazidə sürətlə hərəkət edərək yol boyu irəliləyən piyadalara qəza təhlükəsi yaradır. İşin ən acınacaqlı tərəfi isə, qayda pozuntusuna baş vurmaq bahasına olsa belə, irəli sürdüyü fikirləri doğruymuş kimi insanlara çatdırması və bu mənada özünü cəmiyyətə faydalı şəxs kimi tanıtmasıdır.
Blogerliyin cəmiyyətə düzgün və yararlı olacaq məlumatları aşılamasını nəzərə alsaq, o zaman “avtoxuliqan fenomenimizə” yanlış mövqedə olduğunu söyləyə bilərik. Saytımız adından bloger iddiasında olan şəxsə bildirmək istərdik ki, hər hansı bir markanı tərifləyərkən qayda pozuntusu törətmədən, doğru yolla işıqlandırmaq lazımdır.
Nərmin
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












