AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzi ilk solo uçuşunu həyata keçirib

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Uçuş Heyətinin Hazırlığı Mərkəzi ilk solo uçuşunu həyata keçirib.
Avtosfer.az bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, "Cessna 172S" təyyarəsində keçirilən son təlimlərdən sonra stajçı-pilot Həmid Səmədzadə ilk solo uçuşunu uğurla yerinə yetirib.
Qeyd edək ki, AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən rəsmi olaraq təsdiqlənmiş təlim təşkilatı statusu qazanıb. Bu mərkəz MAA mühəndis-pilot tələbə və məzunları üçün ən müasir təlim proqramlarını təqdim edərək gələcəyin pilotlarını yetişdirir.
Hazırda 10 MAA məzunu Qəbələ Hava Limanında praktiki uçuşlarını davam etdirir. Təlim çərçivəsində stajçı-pilotlar 13-cü uçuş tapşırığını tamamladıqdan sonra solo uçuş icazəsi alırlar.
"Bu, Uçuş Heyətinin Hazırlığı Mərkəzinin tarixində yeni bir səhifə açır və gələcəyin pilotlarına ilham verir. Daha çox pilotun göylərdə ilk addımını atacağı anları səbirsizliklə gözləyirik!", - məlumatda deyilir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












