AZAL-ın yaradılmasından 31 il ötür

Ölkənin milli aviadaşıyıcısı olan Azərbaycan Hava Yollarının (AZAL) yaradılmasından 31 il ötür.
7 aprel 1992-ci ildə təsis edilən AZAL ölkənin müstəqillik əldə edildikdən sonra yaradılmış ilk milli aviaşirkətidir.
AZAL-ın qərargahı Bakı şəhərində yerləşir. Aviaşirkətin baza hava limanı, Heydər Əliyev Beynəlxalq Aeroportu, Bakı şəhərindən 20 km şimal-şərqdə yerləşir. Şirkət Avropa, MDB, Şimali Amerika, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımalarını həyata keçirir.
Azərbaycan Prezidenti İlham Əliyevin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən, AZAL Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə verilib.
2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin qərarı ilə Binə hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adlandırılıb.
2018-ci ildə Britaniyanın “Skytrax” konsaltinq şirkəti tərəfindən Azərbaycanın milli aviadaşıyıcısı “5 ulduz” reytinqinə layiq görülüb. “Skytrax” şirkətinin versiyasına görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb.
Həmçinin AZAL Azərbaycanda böyük ziyanla fəaliyyət göstərən dövlət şirkətlərindən biridir. Ümumilikdə AZAL-ın tabeliyində olan qurumların sayı 14-dür. Bunlardan 7-si ayrı-ayrı rayonlarda yerləşən hava limanlarıdır. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












