AZANS-ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazanıb - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi hava hərəkətinin idarə edilməsi sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan “ATM Awards 2024” beynəlxalq mükafatının “Collaboration and Community” kateqoriyasında yüksək yerə layiq görülüb.
Bu barədə Avtosfer.az QSC-yə istinadən xəbər verir.
Bu nominasiyada müxtəlif aviasiya sektorunun iştirakçıları arasında əməkdaşlıq vasitəsilə hava hərəkətinin idarə edilməsində dayanıqlı, çevik və effektiv inkişafı təşviq edən layihələr dəyərləndirilir.
AZANS bu uğuru "NATS Green Aviation Insights" (GAIN) layihəsi çərçivəsində əldə edib. NATS (Böyük Britaniya), AZANS (Azərbaycan), CAAM (Malayziya) və "skeyes" (Belçika) kimi aparıcı aeronaviqasiya xidməti təminatçıları ilə birgə həyata keçirilən layihə bu kateqoriyada ikinci yerə layiq görülüb. Birinci yeri isə “Collaboration and Community” nominasiyasında pilotsuz uçuş aparatlarının ümumi hava məkanına inteqrasiyası layihəsi ilə ABŞ-nın Federal Aviasiya İdarəsi (FAA) və NASA qazanıb.
“GAIN layihəsinin yüksək səviyyədə tanınması və FAA ilə NASA-nın təşəbbüsü ilə yanaşı ən yaxşılar arasında yer alması bizim üçün böyük şərəfdir. Bu nailiyyət AZANS-ın hava hərəkətinin idarə edilməsi sahəsində dayanıqlı yanaşmaların inkişafına verdiyi fəal töhfəni nümayiş etdirir və Azərbaycanın qlobal aviasiya arenasındakı mövqeyini daha da möhkəmləndirir. Bütün tərəfdaşları və layihə iştirakçılarını səmimi-qəlbdən təbrik edirik!”, - deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.
GAIN təşəbbüsü hava hərəkətinin idarə edilməsi sahəsində ekoloji dayanıqlılığı artırmağa yönəlmiş beynəlxalq bir layihədir. O, şəffaflıq, məlumatlara əsaslanan yanaşma və aeronaviqasiya təminatçıları arasında müqayisəli təhlil mexanizmlərinin tətbiqi ilə həyata keçirilir. GAIN müxtəlif ölkələrdən olan tərəfdaş qurumların əməkdaşlığının daha ekoloji və texnoloji cəhətdən inkişaf etmiş bir aviasiya gələcəyinin formalaşmasında oynadığı mühüm rolu nümayiş etdirir.
ATM Awards 2024 mükafatının nəticələri Airspace World 2025 sərgisi çərçivəsində, 13-15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində açıqlanıb.

Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO
Dörd ölkənin əməkdaşlığı Orta Dəhlizin gələcəyini dəyişə bilər – EKSPERT
Bu yollarda sıxlıq var - SİYAHI
Serial çəkmək üçün verilən 11 milyona 5 ədəd "Rolls-Royce" aldı
Relslər əyilir, asfaltlar əriyir - Avropa istilərlə mübarizə aparır










