"Azərbaycan Dəmir Yolları"nın rəsmiləri Avropada görüşlər keçirib

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti Slovakiyada səfərdədir.
Avtosfer.az-ın məlumatına görə "Report" bu barədə səhmdar cəmiyyətinin törəmə müəssisəsi - "ADY Konteyner" MMC-yə istinadən xəbər verir.
Məlumata görə, "Azərbaycan Dəmir Yolları"nın sədr müavini İqbal Hüseynov, Avropadakı nümayəndəsi Fərəc Haqverdiyev və “ADY Konteyner”in direktoru Natiq Cəfərovdan ibarət nümayəndə heyəti Mərkəzi Avropanın aparıcı dəmir yolu və logistika şirkəti olan “Metrans”ın rəhbərliyi ilə görüş keçirərək bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Metrans” Hamburq limanını idarə edən Almaniyanın HHLA nəqliyyat və logistika şirkətinə məxsusdur. Görüşdə Metransı icraçı direktor Peter Kiss, şirkətin biznesin inkişafı üzrə səlahiyyətli nümayəndələri Martin Koubek və Stefan Esztergalyos təmsil ediblər.
“Metrans” konteynerlə yükdaşımalar və logistika xidməti göstərən beynəlxalq intermodal dəmir yolu şirkətidir. 25 ildən çox tarixə malik olan bu şirkət Avropanın ən böyük dəmir yolu və terminal şəbəkəsinə malikdir.
Şirkət Avropa qitəsində əsasən Çexiya, Slovakiya, Macarıstan, Almaniya, Niderland, Avstriya, Belçika, Sloveniya, Polşa və İtaliya ərazisində dəmir yolu ilə yükdaşıma, həmçinin Almaniya, Niderland, İtaliya və Xorvatiya limanlarından konteyner yüklərinin Avropa qitəsinin daxilində nəql olunması xidmətləri göstərir.
Görüşdə “Metrans" və "Azərbaycan Dəmir Yolları" arasında əməkdaşlıq məsələləri müzakirə edilib. İ.Hüseynov ölkəmizdə dəmir yolu ilə yükdaşımaların həcminin artırılması istiqamətində aparılan islahatlar, N.Cəfərov isə ölkəmizin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Avropanın aparıcı dəmir yolu və logistika şirkətləri ilə əməkdaşlıq Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiya və Çinə, həmçinin əks istiqamətdə konteyner daşımalarının həcminin artırılmasına təkan verəcək.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA












