Azərbaycan deyiləndə onu xatırlayırıq - FOTO

Beyləqan Rayon İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Beyləqan Regional Mühafizə Şöbəsinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” adlı tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azərbaycanın Dövlət Himni səsləndirildikdən, ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan DİN Baş Mühafizə İdarəsinin Beyləqan Regional Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşən Qayıbov müstəqil Azərbaycanın ümummilli liderin şah əsəri olduğunu qeyd edib.
O, ulu öndərin yenidən xalqın tələbi ilə ali hakimiyyətə qayıtdıqdan sonra ölkəmizdə baş verən siyasi xaosa son qoyulduğunu, cinayətkar ünsürlərlə qətiyyətli mübarizə aparıldığını, ictimai-siyasi sabitliyin təmin edildiyini, ən ümdəsi, ordu quruculuğu istiqamətində çox mühüm addımların atıldığını diqqətə çatdırıb.
Əldə etdiyimiz bütün uğurların təməlində həm də ulu öndərin azərbaycançılıq ideologiyasının dayandığını deyən Rayon İcra Hakimiyyəti başçısının müavini Yeganə Məmmədova ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasının, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xəttinin bu gün bizi yeni-yeni qələbələrə ruhlandırdığını vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov, YAP Beyləqan rayon təşkilatının nümayəndəsi Niyaməddin Əsgərov, Araz qəsəbə tam orta məktəbin tarix müəllimi Zaur Qədirov Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanı dünyanın inkişaf etmiş və güclü ölkələr sırasına çıxaran ideyalarından, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə hər an hazır olan sağlam, savadlı, vətənpərvər Azərbaycan gəncliyinin yetiçməsində onun misilsiz xidmətlərindən bəhs ediblər.
Sonda Heydər Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY


















