“Azərbaycan” gəmi-bərəsi 4 il ərzində 23 mindən çox sərnişin daşıyıb

“RoPax” tipli “Azərbaycan” gəmi-bərəsi istifadəyə verildiyi gündən indiyədək 23 739 sərnişin daşıyıb.
Avtosfer.az “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nə (ASCO) istinadən xəbər verir ki, 4 il ərzində bu bərə ilə həmçinin 1 214 vaqon, 23 883 yük maşını, 3 844 minik avtomobili daşınıb.
“Azərbaycan” gəmi-bərəsinin uzunluğu 154,50 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Hazırda yükgötürmə qabiliyyətinə görə Xəzərdəki mövcud bərələrdən böyük olan bu gəmi 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR daşımaq imkanına malikdir.
Qeyd edək ki, Bakı Gəmiqayırma Zavodunda inşa olunan gəminin təntənəli açılışı 2021-ci il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə baş tutub.
Bundan əlavə, unikal dizayna malik bu gəmi-bərə “Baird Maritime” tərəfindən 2021-ci ilin ən yaxşı gəmi-bərəsi seçilib. RINA-nın hazırladığı 2021-ci ilin mühüm gəmiləri (Significant Ships of 2021) siyahısında isə dünya üzrə 50 gəmidən biri olub.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












