Azərbaycan Ordusunun yaralanmış hərbçilərinin durumu açıqlandı

Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatların qarşısını alarkən yaralanan Azərbaycan Ordusu hərbçilərinin müalicəsi davam etdirilir.
“Real" televiziyası yaralıların müalicə aldığı hospitaldadan reportaj hazırlayıb.
Müdafiə Nazirliyinin Tibb Baş İdarənin rəisi Elxan İbrahimov deyib ki, yaralıların vəziyyəti tam nəzarət altındadır: “Heç bir problem yoxdur. Müdafiə Nazirliyinin rəhbərliyi daimi hərbçilərin vəziyyəti ilə maraqlanır”.
Tibb Xidməti polkovniki, cərrah Roman Çobanov isə qeyd edib ki, yaralıların tez zamanda cəbhəyə qayıtmaq arzuları var: "Vəziyyətləri kafidir və döyüş əhval-ruhiyyəsini saxlayırlar".
Yaralı əsgərlər sağalan kimi cəbhəyə, yoldaşlarının sıralarına qayıtmaq istədiklərini qeyd ediblər.
"Yaralandığıma görə çox təəssüf edirəm, yoldaşlarımı tək buraxdım. Tez sağalıb cəbhəyə qayıtmaq istəyirəm. Əhval-ruhiyyəmiz çox gözəldir" - yaralı əsgərlərdən biri bildirib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











