Azərbaycana başsağlığı verdilər - YENİLƏNİB

İsrailin Azərbaycandakı səfirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı başsağlığı verib.
Avtosfer.az xəbər verir ki, səfilik bu barədə “X” hesabında paylaşım edib.
“Səfirlik adından Azərbaycan xalqına və Xocalı faciəsi qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk. Həyatını itirən günahsız insanların xatirəsini ehtiramla yad edir və zərər çəkmiş hər kəsə ən dərin rəğbətimizi bildiririk. Qurbanların xatirəsi daim yaşasın və sülh ilə qarşılıqlı anlaşma qalib gəlsin”, - məlumatda bildirilir.
***09:54
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də “X” hesabında Xocalı faciəsi ilə bağlı paylaşım edib:
“1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən həyata keçirilən və bəşəriyyət tarixinə qara ləkə olaraq düşən Xocalı soyqırımının 34-cü ildönümünü hüznlə anırıq. Xocalıda qətlə yetirilən 613 günahsız insanı rəhmətlə yad edirik”.
***
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı bəyanat yayıb.
“1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində günahsız mülki insanlara qarşı törədilmiş qətliamı lənətləyirik. Xocalıda baş verən vəhşət vicdanlarda utancverici qara ləkə olaraq qalmağa davam edir.
Qətlə yetirilən 613 bacı-qardaşımızın, yaralananların, əsir götürülən və itkin düşən bütün azərbaycanlı bacı-qardaşlarımızın acısını daim qəlbimizdə daşıyırıq.
Xocalı qətliamında həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığımızı bir daha ifadə edirik”, - bəyanatda qeyd olunub.
***
ABŞ-nin Azərbaycandakı səfirliyi də ölkəmizə başsağlığı verib.
Səfirliyin sosial şəbəkə hesablarında edilən paylaşımda deyilir: “Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq. ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”.
***
Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin də “X” hesabında Xocalı faciəsi ilə bağlı paylaşım edərək yazıb: “Bu gün biz qardaş Azərbaycan xalqı ilə birlikdə Xocalı soyqırımının bütün günahsız qurbanlarının xatirəsini ehtiramla anırıq”.
***
Fransanın Azərbaycandakı səfirliyinin paylaşımında isə deyilir: “Bu gün biz Xocalı qurbanlarının xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”.
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT
Skuteri qaydasız park edənlər cərimələnə bilər – FOTO
Bloqerlərin izləyici sayını süni artıranlar ifşa olunur? - RƏY
Bu rayonlar öz xərclərini ödəyə biləcəklər? – İQTİSADÇI AÇIQLADI
Metro və avtobusların yükü azalacaq? - Yeni xətlər çəkilir
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI












