Azərbaycana qar yağdı - FAKTİKİ HAVA

Oktyabrın 10-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şahdağda qar yağıb, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Astarada 24 mm, Lənkəranda 14 mm, Yevlaxda 10 mm, Şahdağ, Qaxda 7 mm, Yardımlı, Şəki, Ordubad, Mingəçevir, İsmayıllı, Şərur, Zaqatala, Göyçay, İmişli, Oğuz, Naftalan, Gədəbəy, Sabirabad, Qrız, Quba, Lerik, Qəbələ, Naxçıvan, Şahbuz, Daşkəsən, Gəncə, Qusar, Şamaxı, Ağsu, Tərtər, Beyləqan, Kürdəmir, Biləsuvarda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Oktyabrın 9-da şimal-qərb küləyi arabir Naftalan, Daşkəsəndə 28 m/s, Mingəçevirdə 26 m/s, Qobustanda 24 m/s, Tərtərdə 22 m/s, Şahdağ, Tovuz, Şirvan, Neftçala, Gəncədə 20 m/s, Gədəbəydə 18 m/s, Yevlaxda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27-32 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











