"Azərbaycanda 10 ballıq tektonik bölgələr mövcuddur"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda 10 ballıq tektonik bölgələrin mövcud olduğunu deyib. Oxu.az xəbər verir ki, o bu barədə Bakıda keçirilən "Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi" mövzusunda keçirilən konfransda məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan 8-9 ballıq zəlzələ zonasına aiddir:
"Lakin Azərbaycanda 10 ballıq bölgələr də mövcuddur. Zəlzələnin baş verəcəyi ilə bağlı qısamüddətli proqnoz dünyada yoxdur, ortamüddətli və uzunmüddətli proqnozları isə əvvəldən vermək olur. 20 il ərzində ölkədə maqnitudası 1,5 və 3-dən yuxarı olan çoxsaylı zəlzələ baş verib".
Baş direktor, həmçinin vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində geofiziki tədqiqatlar aparılmayıb:
"Torpaqlarımızın 30 il işğal altında olması ilə əlaqədar orada tədqiqatlar və araşdırmalar aparılmayıb".
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












