Yanvar ayında ölkədə benzin və dizelin istehsalı azalıb

Bu ilin yanvar ayında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 268,5 mln manat təşkil edib.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar ayı ilə müqayisədə 20,4 % azdır.
Hesabat dövründə 86,2 min ton həcmində avtomobil benzini, 189,3 min ton dizel yanacağı, 2,5 min ton sürtkü yağları, 5,7 min ton neft bitumu istehsal edilib.
Avtomobil benzini istehsalı 29,3 %, sürtkü yağlarının istehsalı 39 %, neft bitumunun istehsalı 6125 %, dizel yanacağının istehsalı isə 6,8 %, azalıb.
Bu ilin ilk ayında ölkədə 39,1 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 29,9 min ton ağ neft, 1,8 min ton yanacaq mazutu, 20,8 min ton neft koksu istehsal edilib.
Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 69,3 % artıb, ağ neftin istehsalı 45,8 %, yanacaq mazutunun istehsalı 85 % azalıb, neft koksunun istehsalı isə dəyişməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












