Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS

Yol-nəqliyyat hadisələri zamanı sürücülərin cinayət məsuliyyətindən azad olunması məsələsi zərərçəkmiş şəxslə barışıq imkanlarını da gündəmə gətirir. Bəzi hallarda tərəflərin razılığa gəlməsi cinayət işinin taleyinə təsir edə bilər.
Avtosfer.az xəbər verir ki, qanunvericilikdə yol-nəqliyyat hadisələri zamanı barışıq mexanizminin tətbiqi müəyyən şərtlərlə tənzimlənir. Bəs zərərçəkmiş şəxslə barışıq hansı hallarda sürücünün cinayət məsuliyyətindən azad edilməsinə əsas yaradır?
Mövzu ilə bağlı hüquqşunas Anar Qasımlı Avtosfer.az-a açıqlamasınsa bildirib ki, yol-nəqliyyat hadisələri həm inzibati, həm də cinayət məsuliyyəti yarada bilər:

''Cinayət məsuliyyəti isə hadisə nəticəsində şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə, yaxud ölüm faktı baş verdikdə yaranır. Yüngül xəsarət və digər hallarda isə inzibati məsuliyyət nəzərdə tutulur. Qanunvericiliyə əsasən, zərərçəkmiş şəxslə təqsirləndirilən sürücünün barışması müəyyən hallarda sonuncunun cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. Bu, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə, eləcə də həmin maddənin qeyd hissəsinin ikinci bəndinə uyğun olaraq mümkündür. Barışıq həm ibtidai istintaq, həm də məhkəmə araşdırması mərhələsində əldə edilə bilər. Bunun üçün hər iki tərəfin notarial qaydada təsdiqlənmiş ərizəsi təqdim olunmalı, sürücü isə özünü təqsirli bilməlidir. Tərəflərdən yalnız birinin barışıq istəməsi cinayət işinə xitam verilməsi üçün kifayət etmir''.
Fatimə
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Bəlkə kəmərə də bal tətbiq edilsin?
Tramp Çin məhsullarına qarşı rüsumları 20%-də saxlamaq istəyir - POLİTOLOQ
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY












