Banner

Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ

Gündəm 27 Noyabr 2026 16:11
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
WhatsApp kanalımıza abunə olun

Ağsuda ağacın aşması nəticəsində azyaşlı uşağın həyatını itirməsi şəhər və rayonlarda yaşıllıqların vəziyyətinə və onların təhlükəsizliyinə nəzarət məsələsini gündəmə gətirib. Xüsusilə qurumuş, kök sistemi zəifləmiş və aşma təhlükəsi olan ağacların vaxtında müəyyənləşdirilməsi insanların həyat və sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır.

Avtosfer.az xəbər verir ki, ağacların qəzalı vəziyyətə düşməsinin müxtəlif səbəbləri var. Bəs təhlükəli ağacları əvvəlcədən müəyyənləşdirmək və belə faciələrin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, ağacların quruması, kök sisteminin zəifləməsi və aşma təhlükəsinin yaranması bir sıra bioloji və fizioloji amillərlə bağlıdır:


''Hər bir ağacın özünəməxsus fizioloji ömrü var və müəyyən müddətdən sonra bitkilər bioloji baxımdan tükənməyə başlayır. Bu proses ağacın növündən, yaşından, torpağın keyfiyyətindən, suvarılma vəziyyətindən və kök sisteminin inkişafından asılıdır. Bəzi hallarda düzgün budama ağacın ömrünü uzada və yeraltı kök sistemi ilə yerüstü hissəsi arasındakı tarazlığı bərpa edə bilər. Ağacın hündürlüyü və gövdəsinin kütləsi kök sisteminin imkanlarına uyğun olmalıdır. Əks halda, xüsusilə güclü külək zamanı aşma və sınma təhlükəsi artır. Bunun üçün ağacların yaşı, kök sisteminin vəziyyəti, inkişaf xüsusiyyətləri və torpaq mühiti mütəxəssislər tərəfindən qiymətləndirilməlidir. Şəhər və rayonlarda ağacların inventarlaşdırılması aparılmalı, onların vəziyyəti mütəmadi yoxlanılmalı və ehtiyac olduqda budama tədbirləri həyata keçirilməlidir. Yaşıllıqlara qulluq, ağacların zərərvericilərdən qorunması, torpağın gübrələnməsi və vaxtında suvarılması da onların sağlam inkişafı üçün vacibdir. Bununla yanaşı, yaşıllaşdırma xidmətlərində çalışan əməkdaşların maarifləndirilməsi və təhlükəli ağacların vaxtında müəyyənləşdirilməsi istiqamətində nəzarət gücləndirilməlidir''.

Fatimə

Oxunub : 232
ŞƏRH YAZ
Ad

E-mail

Şərh