Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatları İCRA EDİLİRMİ?

Dünyada cinsiyyət dəyişdirmə əməliyyatları müxtəlif səbəblərdən geniş müzakirə mövzusuna çevrilib. Bu əməliyyatlar bəzi ölkələrdə geniş yayılıb, digərlərində isə birmənalı qarşılanmır. Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatları rəsmi şəkildə icra edilmir. Bu əməliyyatı istəyən bəzi şəxslər xarici ölkələrə üz tuturlar.
Avtosfer.az xəbər verir ki, “Modern.az” mövzu ilə bağlı tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri Vaqif Qələndərli ilə həmsöhbət olub.
Onun sözlərinə görə, Azərbaycanda cinsiyyət dəyişdirmə əməliyyatı qanuni olaraq həyata keçirilmir:
“Amma hermafrodit olaraq dünyaya gələn şəxslər var ki, onların genetik analizi aparılır və hansı cinsiyyətin xromosomlarını daşıyırsa, cinsiyyət orqanı ona uyğun formalaşdırılır. 12 yaşından sonra cinsiyyət tam formalaşmağa başlayır. Onda görürük ki, fərd uzun müddətdir qadın kimi yaşayıb, amma əslində kişidir. Həmin şəxslərdə yumurtalıqların qarının içində qalması müşahidə olunur. Bu zaman xromosomlar yoxlanılır, əgər cinsiyyətin əslində kişi olduğu aşkar olunarsa, onun öz cinsiyyəti qaytarılır”.
Vaqif Qələndərli qeyd edib ki, qadın, yaxud kişi gəlib doğulduğu cinsiyyəti dəyişdirmək istəyirsə, bu, ölkəmizdə həyata keçirilmir:
“Bununla bağlı Azərbaycanda da bizə müraciətlər gəlir. Biz bu zaman həmin şəxsləri psixoloqa yönləndiririk. Çünki bu əməliyyatın edilməsi üçün qanuni baza yoxdur. Amma digər ölkələrdə, eləcə də Türkiyədə bu edilir. Mən indiyə qədər Azərbaycanda belə əməliyyat etməmişəm. Amma Türkiyədə işlədiyimiz dövrdə qanun çərçivəsində həyata keçirilirdi. Bu zaman psixoloqlar heyətinin mütləq rəyi olmalıdır. Hər kəs istədiyi kimi bunu edə bilmir”.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












