Azərbaycanda daxili borcun artmasının səbəbi AÇIQLANDI

"Xarici dövlət borcu elə də böyük məbləğdə deyil, daha çox layihələrlə bağlı xarici borcu artırmaq istəyirik".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir deyib ki, daxili borcların həcmi artıb:
"Vaxtilə Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində "Aqrarkredit" Bank Olmayan Kredit Təşkilatı tərəfindən Beynəlxalq Bankın toksik borcları alınırdı. Bunun üçün dövlət tərəfindən vəsait ayrılmışdı. Həm də bu toksik aktivlərin sağlamlaşdırılması üçün dövlət zəmanəti ilə istiqrazlar verilmişdi. Bu aktivləri balans qiyməti ilə alırdıq, lakin onun satışı real bazar qiymətindən aşağı idi və nəticədə zərər əldə edilirdi. "Aqrarkredit" bir vaxta qədər bunu idarə edirdi. İndi müəyyənləşdi ki, bu qurum bu borcları idarə etmək iqtidarında deyil. Nəticə etibarı ilə bu borcu dövlət borcu kimi qiymətləndirdik. Bu, dövlət borcumuzun artmasına təsir etdi".
(APA)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












