Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? - AÇIQLAMA

"Elektron siqaretlərin insan orqanizminə bilinən və hələlik bilinməyən zərərləri ilə bağlı müxtəlif araşdırmalar aparılır".
Bunu açıqlamasında deputat Tahir Mirkişili deyib. O bildirib ki, elektron siqaretlərin xüsusilə gənclər arasında yayılması və dəb halını alması çox narahatedicidir:
"Mülahizələrə görə, bu növ aludəçilik daha faciəli zərərli vərdişlərə keçid dövrünü formalaşdıra bilir. Artıq bir sıra ölkələrdə maye elektron siqaretlər ya qadağan olunub, ya da məhdudlaşdırılıb. Maye elektron siqaretlərin ölkəmizdə qadağan olunması ilə bağlı məsələ Milli Məclisdə də qaldırılıb. Cəmiyyətdə də əsasən bunun qadağan olunması ilə bağlı fikirlər səslənir. Bizdə olan məlumata əsasən, müvafiq dövlət orqanları araşdırmalar aparır. Araşdırmalar narahatlıqları təsdiq edərsə, hesab edirəm ki, ümumi razılıqla qanuna bu istiqamətdə müvafiq dəyişikliklər təklif etmək olar".
Qeyd edək ki, Kaliforniya Universitetinin alimləri elektron buxarlandırıcıların qan damarlarına daha çox zərər verdiyini müəyyən ediblər. Alimlərin fikrincə, nikotin buxarının inhalyasiyası birbaşa damar sisteminin sürətlə qocalmasına səbəb olur.
(unikal)
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












