Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

Ötən ay Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkə "Facebook" olub.
“APA” bu barədə “StatCounter”a istinadən xəbər verir.
Hesabat dövründə "Facebook"un Azərbaycanın sosial şəbəkə bazarındakı payı 61,11% təşkil edib. Bu isə oktyabr ayı ilə müqayisədə 0,22 faiz bəndi çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz bəndi azdır.
İstifadəçi sayına görə, ikinci yerdə 11,71% payla "İnstagram" qərarlaşıb. Sosial şəbəkənin bazar payı bir öncəki ayla müqayisədə 0,78 faiz bəndi, ötən ilin eyni dövrü ilə müqayisədə 0,33 faiz bəndi çox olub.
Ölkədə üçüncü ən çox istifadə edilən sosial şəbəkə 9,57% payla "Pinterest" olub. Bu, oktyabr ayı ilə müqayisədə 0,58 faiz bəndi çox, illik müqayisədə 0,45 faiz bəndi azdır.
Ötən ay "X" sosial şəbəkəsinin Azərbaycandakı bazar payı aylıq müqayisədə 0,88 faiz bəndi, illik 0,6 faiz bəndi artaraq 9,09%-a çatıb. May ayında "X" istifadəçi sayına görə dördüncü yerdə qərarlaşıb.
Ötən ay "Youtube" sosial şəbəkəsi ölkəmizdəki bazar payını aylıq 1,86 faiz bəndi, illik 1,17 faiz bəndi azaldaraq 6,19%-lə beşinci yerdə dayanıb.
İstifadəçi sayına görə, altıncı yeri isə 1,42% payla "Reddit" sosial şəbəkəsi tutub. Sosial şəbəkə Azərbaycandakı bazar payını aylıq 0,56 faiz bəndi, illik 0,88 faiz bəndi artırıb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










