Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI

Son günlər ölkədə ətin qiymətində artım müşahidə olunur. Əvvəlki aylarda 16-17 manata satılan mal əti hazırda bəzi satış məntəqələrində 18 manata təklif olunur. Bu isə alıcılar arasında narazılığa və geniş müzakirələrə səbəb olub. İnsanlar sosial şəbəkələrdə qiymət artımını və ailə büdcəsinə təsirini müzakirə edir, bəzi alıcılar isə gündəlik alış-verişlərini azaltmaq məcburiyyətində qalır. Maraqlıdır ki, ətin bu qədər bahalaşmasının əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, ətin qiymətinin artmasının əsas səbəbi Azərbaycanda daxili vəziyyətlə bağlıdır:

“Ölkədə iri və xırdabuynuzlu mal-qaranın sayı son 5 ildə kəskin şəkildə azalıb. İribuynuzlu mal-qaranın sayı 290–300 minə yaxın azalaraq qoyun və keçi sayı 1,6–1,7 milyon azalıb. Bu, təbii ki, daxili bazarda gərginlik yaradır və qiymətləri artıran amilə çevrilir. İkinci səbəb yem bazasının zəif olması və yemin qiymətinin qalxmasıdır. Yemin qiyməti artırsa, fermerlər də öz məhsullarının qiymətini artırmaq məcburiyyətində qalırlar. Üçüncü səbəb isə ölkədə hər şeyin qiymətinin qalxması ilə bağlıdır. Ət satanlar da digər məhsulları almaq üçün ətin qiymətini artırmaq məcburiyyətində qalırlar. Dövlətin qiymətə birbaşa müdaxilə etmək imkanları yoxdur. Çünki qanunvericilik buna icazə vermir. Amma xaricdən ətin və canlı mal-heyvanın idxalını stimullaşdırmaqla, müəyyən güzəştlər tətbiq etməklə bazarda müəyyən sabitlik yaratmaq mümkündür. Bununla bağlı Somalidən və Monqolustandan dondurulmuş ət, Gürcüstandan isə diri mal-heyvanın idxalı artır. Buna baxmayaraq, tələbat o qədər yüksəkdir ki, qiymət artımının qarşısını tam almaq mümkün olmur”.
Fatimə Dadaşova
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












