"Azərbaycanda hər 85 nəfərə bir taksi düşür" - Komitə sədri

"Bakıda istifadə olunan taksi gedişlərinin 60 faizə yaxını 1,5-3 km məsafə üçün istifadə olunur. İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır. Son 1 ildə avtobuslardan istifadə 40 faizə qədər azalıb. Metrodan istifadə isə hələ də 2019-cu ilin səviyyəsinə çatmayıb".
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, taksi sayının əhaliyə nisbətdə yüksək olması diqqət çəkir:
"Məsələn, İstanbulda taksi sayı üçün kvota müəyyən edilib. Hazırda 17 min 325 ədəd müəyyənləşib. İstanbulun əhalisinin sayı 15 milyona yaxındır. Əhali nisbətinə baxanda İstanbulda hər 865 nəfərə 1 taksi düşürsə, Azərbaycanda hər 85 nəfərə bir taksi düşür. Təxminən 10 dəfəyə yaxın fərq var".
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












