Azərbaycanda hibrid və elektrik avtomobillərin sayı 20-30 dəfə artıb

Son illər ərzində Azərbaycanda hibrid və elektrik avtomobillərin sayı 20-30 dəfə artıb. Avtosfer.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyə üzrə eksperti Leyla Hüseynli Bakıda keçirilən “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Həftəsində çıxışında deyib. Onun sözlərinə görə, belə bir artım vergi və gömrük güzəştləri, həmçinin dövlət stimullarının və özəl maliyyələşdirmənin düzgün kombinasiya edilməsi sayəsində mümkün olub. Ənənəvi mənzil fondunun "yaşıl mənzil"lərə çevrilməsindən danışan Leyla Hüseynli qeyd edib ki, bu, özəl sektor və əhali üçün böyük səylər və xərclər tələb edir. Dövlət tərəfindən islahatlar və stimullaşdırıcı tədbirlər olmadan bu proses çox çətindir. "Qlobal institut olaraq biz - IFC, müxtəlif regionlarda müxtəlif yanaşmaların olduğunu görürük. Bunlar həm fiskal, həm də qeyri-fiskal stimullar ola bilər — vergi güzəştləri, faiz subsidiyaları və ya risklərin bölgüsü mexanizmləri. Bütün bunlar “yaşıl bina"ların sertifikatlaşdırılmasının daha aktiv tətbiqinə etməyə kömək edir və zəncirin bütün iştirakçıları üçün fayda gətirir", - deyə L.Hüseynli vurğulayıb.

Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir
Bakı niyə geniş relsli nəqliyyat şəbəkəsinə ehtiyac duyur? – EKSPERT
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT












