Azərbaycanda meqa nazirlik yaradılır?

Dünən Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilərək Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, M.Babayevin vəzifəsini tərk etməsi ilə boş olan nazir postlarının sayı ikiyə çatıb.
Belə ki, yanvarın 10-da maliyyə naziri Samir Şərifov da vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib. O, 2006-cı ildən Maliyyə Nazirliyinə rəhbərlik edirdi. Muxtar Babayev isə 2018-ci ildən nazir vəzifəsində çalışırdı.
Samir Şərifovla Muxtar Babayevin yerinə kimin təyin ediləcəyi maraqla gözlənilir. Lakin Maliyyə Nazirliyinin gələcək taleyi ilə bağlı da dövlət qurumlarında və digər strukturlarda müxtəlif versiyalar səslənməkdədir. Həmin ehtimallar arasında Azərbaycanda yaxın vaxtlarda bir neçə qurumu özündə birləşdirən yeni nazirlik və ya xidmətin yaradılması ideyasının olduğu və bu istiqamətdə işlərin görüldüyü deyilir. Yeni struktura gömrük, vergi və bir neçə digər qurumların da daxil ediləcəyi iddia edilir.
Qeyd edək ki, Azərbaycanda 17 nazirlik mövcuddur.
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı












