Azərbaycanda qeyri-iş günləri artır - 52 gün...

Azərbaycanda cari ilin ilk 5 ayı üzrə qeyri-iş günlərinin sayı diqqət çəkir. Hesablamalara görə, 151 günün 52-si qeyri-iş gününə təsadüf edir ki, bu da 34%-dən çox deməkdir.
Məlumata əsasən, əgər işçi həmin dövrdə əlavə olaraq 20 gün məzuniyyət götürərsə, ümumi qeyri-iş günlərinin sayı 72-yə çatır. Bu isə faktiki olaraq təxminən hər 2 gündən bir qədər çox müddətin iş günü olmaması anlamına gəlir. Nəticədə, 5 aylıq dövrün təxminən 2 ayına yaxın hissəsi işlənməmiş sayılır.
Xüsusilə mart və may aylarında bu göstərici daha yüksəkdir. Belə ki, 62 günün 29-u qeyri-iş günüdür və bu da 47% təşkil edir. Başqa sözlə, bu aylarda təxminən hər 2,1 gündən biri qeyri-iş gününə düşür.
Mütəxəssislər bildirirlər ki, qeyri-iş günlərinin çoxluğu, xüsusilə də ardıcıl tətil günləri sahibkarlıq fəaliyyətinə və biznes planlamasına ciddi təsir göstərir. Bu hal beynəlxalq əlaqələri geniş olan şirkətlər üçün daha çox çətinlik yaradır, çünki iş qrafiklərində uyğunsuzluq meydana çıxır.
Eyni zamanda, istehsal və xidmət sektorunda fasilələrin artması sifarişlərin icra müddətinin uzanmasına, logistika zəncirində gecikmələrə və ümumi məhsuldarlığın azalmasına səbəb olur. Bundan əlavə, qeyri-iş günlərinin sıxlığı əmək bazarında da müəyyən çətinliklər yaradır. Şirkətlər iş qrafiklərini yenidən tənzimləmək, əlavə iş saatları tətbiq etmək və ya layihə müddətlərini uzatmaq məcburiyyətində qalırlar. Bu isə əlavə xərclərə və resursların daha az səmərəli istifadəsinə gətirib çıxarır.
Ekspertlər hesab edir ki, bu cür hallar uzunmüddətli perspektivdə biznes mühitinin rəqabət qabiliyyətinə də təsirsiz ötüşmür.
Qeyd olunur ki, məsələ ilə bağlı narazılıqlar müəyyən çevrələrdə səslənsə də, mövzu ictimai müzakirələrdə geniş yer almır. Digər tərəfdən, istirahət günlərinin artmasının xərcləmələri artırdığı fikri də birmənalı qarşılanmır – bəzi yanaşmalara görə, xərcləmək üçün əvvəlcə gəlirin formalaşması vacibdir.
Son dövrlər ölkədə müxtəlif sahələrdə islahatların həyata keçirildiyi vurğulanır və ümid edilir ki, qeyri-iş günlərinin tənzimlənməsi ilə bağlı məsələ də gələcəkdə daha optimal həllini tapacaq./sfera.az
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











