Azərbaycanda taksidən istifadə edənlərin sayı niyə azalıb? - AÇIQLANDI

Azərbaycanda taksidən istifadə edənlərin sayı azalıb.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda 90 milyon 828,9 min sərnişin taksidən istifadə edib.
Bu, 2023-cü illə müqayisədə 3,5 faiz azdır. 2023-cü ildə 94 milyon 123,2 min nəfər sərnişin taksidən istifadə etmişdi.
Sərnişinlərin 56,9 faizi (51 milyon 679,9 min nəfər) fiziki şəxslərə məxsus taksilərdən istifadə edib ki, onların da sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır.
Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, Azərbaycanda ictimai nəqliyyat sistemində ciddi irəliləyişlər müşahidə olunur:
“Avtobusların sayı və keyfiyyəti artıb, xüsusi zolaqlar sayəsində hərəkət sürəti yüksəlib. Buna görə də taksilərə tələbat azalıb. Metroda intervallar azaldılır, yeni stansiyalar, tunellər inşa olunur və vaqonlar gətirilir. Nəqliyyat növləri arasında inteqrasiyanı təmin edən sistemlər yaradılıb. Bu tədbirlər vətəndaşların rahatlığını artırmaqla yanaşı, davamlı və ekoloji nəqliyyat sisteminə keçidi dəstəkləyir. Bu dəyişikliklər vətəndaşların gündəlik həyatına müsbət təsir göstərməkdədir”.(demokrat.az)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












