Azərbaycanda yeni fırıldaqçılıq: “BURUN DÜZƏLDƏN” HƏKİM-KOSMETOLOQLAR ORTAYA ÇIXIB – VİDEO - FOTO

Son illərdə sosial şəbəkələrdə müxtəlif kosmetik prosedurların qeyri-cərrahi və guya "təbii" üsullarla mümkün olduğu barədə yayılan məlumatlar sürətlə populyarlaşıb.
Avtosfer.az xəbər verir ki, bunlardan biri də burun görünüşünü və burun çəpəri əyriliyini xüsusi masaj texnikaları, cihazlar ilə qalıcı şəkildə düzəltməyin mümkünlüyünü iddia edən paylaşımlardır.

Özünü kosmetoloq və hətta həkim kimi təqdim edən bəzi şəxslər buruna müəyyən təzyiqlər tətbiq edərək müxtəlif cihazlardan istifadə edir və ya xüsusi masaj texnikaları ilə burunun formasını dəyişdirməyi vəd edirlər. Onlar paylaşımlarında "qısa müddətdə burun ucunu qaldırma", "çəpər əyriliyini düzəltmə" və "burunu kiçiltmə" kimi iddialar irəli sürərək, insanları cəlb etməyə çalışırlar.
Əldə etdiyimiz məlumata əsasən bu cür prosedurlardan biri N.Nərimanov rayonunda yerləşən "Aristokrat" tibb mərkəzi adlanan yerdə icra edilir.
Mövzu ilə bağlı lor-cərrah Kamran İbrahimov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu aparatların burun çəpərinə müdaxiləsi ilə heç bir əlaqəsi yoxdur^

“Bu videoda reklam məqsədilə çəkilən xanım, onsuz da rinoplastika əməliyyatı keçirib. Yəni videodan əvvəl, o xanımın burnundakı donqarlıq, bəlkə də çəpər əyriliyi belə düzəldilmişdi. Yəni bu aparatla burun çəpərinin əyriliyini düzəltmək mümkün deyil. Dünyada belə bir cihaz yoxdur ki, onu burunun üstünə qoyasan və burun çəpəri düzəlsin. Həmçinin belə bir cihaz yoxdur ki, burunun üstünü hamarlayasan və oradakı sümük düzəlsin. Bu prosedurların ömürlük olacağına dair heç bir əsas yoxdur. Burun çəpəri əyriliyi, burun uzunluğu və ya digər burun formalarındakı problemlərin yeganə həlli rinoplastika adlanan əməliyyatdır. Əməliyyatsız bu cür problemlərin aradan qaldırılması mümkün deyil. Burun çəpərinin əyriliyi fiziki olaraq qığırdaq və sümükdən ibarətdir, buna görə də heç bir aparat və ya fizoterapiya metodu ilə bu əyriliyi düzəltmək mümkün deyil. Bu cür iddialar tamamilə əsassızdır. Dünyada belə burunun üstünə qoyarkən qığırdaq və sümüyü isidərək, əridərək düzəldən cihaz yoxdur. Bu xanım əgər əlindəki cihazın belə funksiyaları olduğunu iddia edirsə, o zaman bu kəşfdir. Gülməlidir. Belə iddialara aldanmaq olmaz”.
Kamran İbrahimov onu da əlavə edib ki, insanlar sosial mediada yayılan hər bir iddiaya inanmaq əvəzinə, sağlamlıq və estetik prosedurlar barədə peşəkar həkimlərdən məsləhət almalıdırlar. Gözəl görünüşə sahib olmaq istəyənlər sağlamlıqlarını riskə atmadan, yalnız etibarlı və ixtisas diplomu olan mütəxəssislərə müraciət etməlidirlər. Unutmayaq ki, estetik görünüş qədər sağlamlıq da böyük əhəmiyyət kəsb edir.
Fidan
Metroda Yaşıl və Qırmızı xətlərdə yubanma aradan qaldırılıb - FOTOLAR
Bakıya tramvay xəttinin çəkilməsi çox vacibdir - Hüquqşünas
Tramvay xətti "28 May" ərazisində belə görünəcək - FOTO
Bakıdan Sumqayıta və əksinə taksi ilə getmək mümkün olmayacaq - 50 manat cərimə
Bakı yolları "sıxılır": Ensiz zolaqlar nəyə xidmət edir...
Yerli turistlər meşə zonasını zibilxanaya çevirdi; polis hərəkətə keçdi - VİDEO
Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO
Dünyada ictimai nəqliyyat qiymətləri necədir? - ARAŞDIRMA
2025-ci ildə nəqliyyat infrastrukturunda hansı işlər görüldü? – RƏSMİ AÇIQLAMA - VİDEO
Dollar zəifləyir - Bəs manatı nələr gözləyir? - VACİB PROQNOZ
Bakının 20 küçəsində tıxac var - SİYAHI











