Azərbaycandan Türkiyəyə getmək istəyənlərə ŞAD XƏBƏR: SABAHDAN ETİBARƏN...

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.
Avtosfer.az-a AZAL-dan verilən məlumata görə, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.
Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında 15 iyun tarixində açılacaq.
Bakı-İstanbul reysinə həm Azərbaycan, həm də Türkiyə vətəndaşları (və ya bu ölkədə yaşayış hüququ olan şəxslər) aviabilet əldə edə bilər. Türkiyəyə səfər edən Azərbaycan Respublikası vətəndaşları Türkiyə ərazisinə daxil olma qaydaları ilə tanış olmaq və müvafiq icazələrin alınması üçün Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə müraciət etməlidirlər.
İstanbul-Bakı reysinə isə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.
Yeni qaydalara əsasən, uçuşlara yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testini keçən və neqativ nəticə alan sərnişinlər buraxılacaq.
Bakı-İstanbul reyslərinə 1-ci Terminalda xidmət göstəriləcək.
İstanbuldan uçuş zamanı qeydiyyat masasında İstanbulun "Memorial Sağlık Grubu" klinikası tərəfindən təqdim edilən və reysin uçuşundan ən gec 48 saat əvvəl alınan COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.
"Qeyd etməliyik ki, bu klinika Türkiyə Səhiyyə Nazirliyi tərəfindən koronavirusa dair testdən keçmək üçün tövsiyə edilmişdir.
Bu halda COVİD-19 neqativ müayinə arayışı ilə İstanbul-Bakı reysi ilə səfər edən Azərbaycan vətəndaşları karantində saxlanmaq tələbindən azad olunurlar. Lakin COVID-19 simptomları müəyyən olunan sərnişinlər təkrar tibbi müayinəyə cəlb oluna bilərlər.
Bir daha xatırladırıq ki, İstanbul-Bakı reysinə qeydiyyata yalnız Azərbaycan vətəndaşları buraxılacaq", - deyə məlumatda bildirilir.
Daha əvvəl məlumat verildiyi kimi, COVID-19 pandemiyası dövründə yerinə yetirilən reyslərdə həm uçuş və çıxış hava limanlarında, həm də hava gəmilərində xüsusi qaydalar tətbiq ediləcək. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimata burada baxa bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M.
AZAL sərnişinləri Operativ Qərargahın, habelə Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət etməyə çağırır.
Aviaşirkətin və hava limanının
əməkdaşları, öz növbələrində, uçuşun maksimum rahat və təhlükəsiz keçməsi üçün onlardan asılı olan bütün tədbirləri görəcəklər və sərnişinlərə yalnız qəti zərurət olduqda təyyarə ilə səyahət etməyi tövsiyə edirlər.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












